Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün bu gün Azərbaycana gəlib.
Trend-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Hava Limanında Belarus Prezidentini Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov və Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin nümayəndələri qarşılayıblar.