16 İyun 2015 10:54
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Sahibə Qafarova Avropa Şurası Parlament Assambleyasının İstanbul konvensiyasına dair seminarında iştirak etmək üçün Gürcüstanın paytaxtı Tiflisə gedib.

Teleqraf.com xəbər verir ki, tədbir AŞPA-nın və Gürcüstan parlamentinin təşkilatçılığı ilə həyata keçirilir. Toplantıdan öncə millət vəkili Sahibə Qafarovanın gürcüstanlı həmkarı Ququli Maqradze ilə birgə mətbuat konfransı keçirib. Seminarın açılış mərasimində Gürcüstan parlamentinin sədri Davit Usupaşvili, bu ölkənin ədliyyə naziri Tea Tsulukiani və AŞPA-nın Bərabərlik və qeyri-diskriminasiya komitəsinin təmsilçisi, eyni zamanda qurumun Qadınlara qarşı zorakılıqla mübarizə üzrə baş məruzəçisi, Zorakılıqdan azad qadınlar şəbəkəsinin siyasi əlaqələndiricisi olan millət vəkili Sahibə Qafarova çıxış edib.

Yığıncaqda “İstanbul konvensiyasının siyasi və hüquqi baxımdan təqdimatı”, “Məişət zorakılığına qarşı mübarizəyə dair milli qanunvericiliyin İstanbul konvensiyasına uyğunlaşdırılması” mövzularında məruzələr dinlənilib. Mövzular ətrafında Gürcüstan parlamentinin müvafiq komitələrinin üzvləri ilə fikir mübadilə aparılıb. Qeyd edək ki, səfər sabah başa çatacaq.

Nemət


Müəllif:

Oxşar xəbərlər