KXCP İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Teleqraf.com xəbər verir ki, iclasda qərarların icra vəziyyəti dəyərləndirilib, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilib.
Yığıncaqda partiya orqanlarının həftə ərzində gördüyü işlər haqqındaməlumat verilib. KXCP Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin partiyanın Sumqayıt, Xaçmaz, Qazax, Ağstafa, Sabirabad, Saatlı, Biləsuvar, Qusar, Quba və Ağsu şöbələrində keçirilən konfranslarla bağlı məlumatları dinlənilib. Konfransların KXCP Nizamnaməsinə uyğun keçirildiyi, seçkili orqanların tam formalaşdığı və KXCP III Qurultayına nümayəndələrin seçilmələri haqqında məlumatlar nəzərə alınıb. KXCP rayon şöbələrinin konfranslarının nəticələrinin tanınması haqqında qərar qəbul edilib.
Cavidan