18 İyun 2015 18:30
2 021
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Şuranın sədri Cəmil Həsənli ilə “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında münasibətlər daha da kəskin xarakter almaqdadır.

Bu dəfə isə Cəmil Həsənli Rauf Arifoğluya cavab verməklə yanaşı, BAXCP sədri Qüdrət Həsənquliyevin də adını çəkib.

Teleqraf.com-un xəbərinə görə, BAXCP sədrinin siyasi və ictimai məsələlər üzrə müavini Niyaməddin Orduxanlının cavabı özünü çox da gözlətməyib. O açıqlamasında bildirib ki, Cəmil Həsənli qoca yaşında utanmadan ağlına gələni danışır: “Rauf Arifoğlu bir media rəhbəri kimi baş vermiş hadisəni yazmışdı. Bunun əvəzində isə Əli Kərimlinin təkidi ilə Cəmil Həsənli qoca yaşında ağlına gələni yazır, təhqirlərlə çıxış edir. Bu düşüncə ilə ölkə rəhbəri olmaq iddiasına düşmüşdü. Cəmil Həsənli həmişə öz maraqlarını düşünən adam olub. Bu adam bu yaşına qədər bir neçə partiya dəyişib. 1993-cü ildə Cəmil Həsənli AMİP-də olub. Prezident Aparatında vəzifəyə təyin edildiyinə görə, AMİP-ə də xəyanət edib. Daha sonra Əli Kərimlinin “Yurd”unda yer alıb. Əli Kərimlinın Milli Məclisi baykot qərarına isə əhəmiyyət verməyən Həsənli gedib oturdu parlamentdə. Bundan sonra Əli Kərimli onu partiyadan qovdu. Cəmil Həsənli bu qovulmadan sonra kitablar nəşr etməyə başladı. Həmin kitablarında “İlham Əliyevin liderliyi ilə Azərbaycan Qafqazın lider dövlətinə çevrilib” yazırdı. Cəmil Həsənli elə bir adamdır ki, istənilən vaxt Əli Kərimlini də ayaqları altına atıb, öz maraqlarını qoruyar. Bunu Əli Kərimli də yaxşı bilir”.

BAXCP sədrinin müavini Əli Kərimlinin Əbülfəz Elçibəy haqqında Xədicə İsmayıl və digərlərinin əli ilə təhqirlər yazdırdığını deyib: “Yaxud da özü yazıb, başqa imzalarla yayırdı. Bu gün də “Azadlıq” qəzetini demək olar ki , Əli Kərimli 2-3 adamla çıxardır. Əksər yazıları Əli Kərimlinin özü yazır və başqa saxta imzalar qoyur. Bu adam orta səviyyəli müxbir kimi çalışır. Əslində o, öz yerini tapıb. Bir vaxtlar siyasətə də müxbirlikdən gəlmişdi. Mənim Azərbaycanda çalışan peşəkar jurnalistlərə, müxbirlərə çox böyük hörmətim var. Söhbət özünü müxalifətin “lideri” sayan adamın müxbirliyindən gedir. O, saxta profillər yaradıb rəqiblərinə qarşı qarayaxma işləri ilə məşqul olur”.

BƏXTİYAR


Müəllif: