“Azərbaycan iqtisadiyyatı inkişaf dinamikası ilə dünyanın diqqət mərkəzindədir”. Bu fikri Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib.
Z.Səmədzadə bildirib ki, dünyada iqtisadi böhranın davam etməsinə baxmayaraq, ölkə iqtisadiyyatı dayanıqlığını qoruyub saxlayır. Onun sözlərinə görə, bu, həyata keçirilən düzgün iqtisadi siyasətin nəticəsidir.
“İlk Avropa Oyunları Azərbaycanın iqtisadi uğurlarını da dünyaya təqdim edir. Bu gün oyunlar çərçivəsində minlərlə xarici qonaq ölkəmizdə səfərdədir. Təbii ki, onlar digər uğurlarla yanaşı iqtisadi uğurlarımızı da görürlər. Bu da onlarda böyük maraq yaradır. Biz inanırıq ki, dövlət başçısının həyata keçirdiyi düşünülmüş, məqsədyönlü siyasət nəticəsində iqtisadi sahədə nailiyyətlərimiz daha da artacaq”, – deyə komitə sədri vurğulayıb.
Səxavət