“Avropa Şurası Parlament Assambleyasının sessiyasında “Azərbaycanda demokratik təşkilatların fəaliyyəti” adlı hesabat müzakirə olunub və qətnamə qəbul edilib. Niyə görə son vaxtlar Azərbaycana qarşı qarayaxma kampaniyası müntəzəm xarakter alıb? Cavab aydındır. Bu Azərbaycanın yeritdiyi müstəqil siyasət, iqtisadi cəhətdən güclənməsi və öz seçdiyi, müəyyənləşdirdiyi yolla inamla irəliyə doğru getməsidir. Əlbətdə Azərbaycanın bütün sahələrdə əldə etdiyi uğurlar bu qüvvələri daim narahat edir. Bu hücumlar I Avropa Oyunları zamanı daha da güclənib. Bu tədbirin belə möhtəşəm, təkrarsız milyonlarla tamaşaçını heyran qoyan formada keçrilməsi Azərbaycanı sevməyən qüvvələri daha da qıcıqlandırır. Onların ancaq bir yolu qalıb: Ancaq yalan və böhtanla Azərbaycanın günü-gündən artan nüfuzuna ləkə gətirmək”.
Teleqraf.com-un məlumatına görə, bu fikirləri Milli Məclisin deputatı Rauf Əliyev deyib.
R.Əliyev bildirib ki, bu günlər dünyanın diqqəti Ermənistanın paytaxtı Yerevan şəhərinə yönəlib.
Onun sözlərinə görə, elektrik enerjisinin tarifinin qaldırılması insanların “Qarətə son” şüarı altında kütləvi etrazına və küçələrə axmasına səbəb olub.
Səxavət