26 May 2014 12:05
962
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının başqan müşaviri Səxavət Əlisoy “facebook.com” sosial şəbəkəsində Müsavatı həzm etməyənlərə ismarıc göndərib.

İsa Qəmbərin müşaviri bəyan edib ki, ideoloji olaraq Müsavata nifrət edənlərə bir sözü yoxdur: “Nədən ki, bolşevik təfəkkürü ilə müsavatçılıq daban-dabana ziddir.

Ambisiyalara rəğmən Müsavatı gözü götürməyənlərin halına acıyıram. Bir şeyi unudurlar ki, müsavatçılığı insanların beynindən silmək mümkün olan iş deyil. Təkəbbür sahibləri qəbul etmək zorundadır, Müsavat Partiyası Azərbaycanda demokratiyaya sayğı göstərən birinci partiyadaır.

Müsavatdan savayı bütün siyasi qurumlarda partiyadaxili demokratiya demək olar ki, yox dərəcəsindədir.
İsbatlamağa ehtiyac yoxdur. Siyasi partiyaların yüzdə 99-u sədrlərə padşah kimi baxırlar. Şəkk edənlər, baxsın qəzetlərə, sosial şəbəkələri izləsin.

Müsavatın da, qüsurları var və bu barədə öncə müsavatçıların özləri düşünməlidir. Partiya üzvünün hürriyyəti olmalıdır, yoxsa demokratik dəyərlər uğrunda mübarizədən danışmaq əbəsdir.

Müsavat yenilənməyə məhkumdur və əminəm ki, yenilənmiş, populizmdən tam xilas olmuş Müsavatın siyasi mübarizəsi daha səmərəli olacaq”.

Cavidan


Müəllif: