29 İyun 2015 10:04
795
12 Punto 14 Punto 16 Punto 18 Punto

Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) Ali Məclisinin növbəti sessiyası keçirilib.

Teleqraf.com xəbər verir ki, sessiya Azərbaycan Respublikasının dövlət himni və şəhidlərin xatirəsinə sayğı duruşu ilə başlayıb. Sessiyada qərarların icrası, KXCP-nin 3- cü qurultayına hazırlığın vəziyyəti, ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə edilib.

Sessiyada Ali Məclisin sədri Bəybala Əbil çıxış edərək qəbul edilən qərarların icra vəziyyəti barədə məlumat verib. Daha sonra o, Ali Məclisin qərarına uyğun olaraq ötən müddət ərzində görülən işlərdən danışıb.

Klassik Xalq Cəbhəsi Partiyasının 3- cü qurultayına hazırlıqla bağlı Qurultaya Hazırlıq işləri üzrə Təşkilat Komitəsinin üzvü Xəzər Teyyublu məlumat verib. Onun verdiyi məlumata görə ötən müddət ərzində partiyanın 46 rayon (şəhər) şöbəsində konfranslar keçirilib yaxın günlərdə qalan şöbələrdə konfransların keçiriləcəyi nəzərdə tutulur. Keçirilmiş konfransların nəticələri haqqında məlumatlar nəzərə alınıb. Müzakirələrin yekununda Qurultaya Hazırlıq işləri üzrə Təşkilat Komitəsinin təklifi əsasında KXCP- nin növbəti 3- cü qurultayının avqustun 1-də, Bakı şəhərində keçirilməsi qərara alındı.

Ali Məclisin sessiyasında ictimai siyasi vəziyyət haqqında KXCP sədri Mirmahmud Mirəlioğlu geniş məruzə ilə çıxış edib. O çıxışında partiyanın Ali Məclisin qərarı ilə rayon (şəhər) şöbələrində keçirilən konfranslardan və partiyanın növbəti qurultayına hazırlıq işlərindən danışıb. Partiya sədri öz çıxışında Bakıda keçirilən Avropa Oyunları ilə bağlı idmana, idmançılarımızın uguruna sevindiklərini qeyd edib. M. Mirəlioğlu qarşıdan gələn parlament seçkilərinə hazırlıq məsələlərinə toxunaraq partiyanın təmsil olunduğu “Azadlıq- 2015” Seçki Blokunun gördüyü işlər haqqında məlumat verib.

Sessiyada qarşıdan gələn parlament seçkiləri ilə bağlı müzakirələr aparılıb. Seçki qanunvericiliyinin təkmilləşdirilməsi, seçki komissiyalarının yenidən formalaşdırılması, ölkədə demokratik seçki mühitinin yaradılması ilə bağlı sənədin hazırlanması və qəbul edilməsini KXCP İdarə Heyətinə tapşırılıb.

Cavidan


Müəllif:

Oxşar xəbərlər