29 İyun 2015 11:22
699
12 Punto 14 Punto 16 Punto 18 Punto

Adil Əliyev: “Düşmən dərk edir ki, qarşısında özünümüdafiə dəstələri yox, Azərbaycan Ordusu var”

“Hazırda Azərbaycan Ordusu Qafqazın ən güclü ordusudur. Hətta, beynəlxalq hərbi təşkilatlar öz hesabatlarında açıq-aydın yazırlar. Xarici ekspertlər Azərbaycanın Ordusunun gücünü qeyd edirlər. Əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan ordu quruculuğu prosesi bu gün uğurla davam etdirilir. Bu gün də bu məsələ Ali Baş Komandan cənab İlham Əliyevin diqqətindədir”.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Adil Əliyev deyib.

Millət vəkili əlavə edib ki, düşmənin bütün təxribatlarının qarşısı yerindəcə alınır: “Ordumuz daim düşməni vahimə içərisində saxlayır. İstənilən zaman ordumuz torpaqlarımızı azad etməyə qadirdir. Bunu cənab Prezident dəfələrlə çıxışında bəyan edib. Ermənilər özləri etiraf edirlər ki, Azərbaycana bütün sahələrdə məğlub oluruq. Düşmən dərk edir ki, onların qarşısında 90-ci illərdə olan özünümüdafiə dəstələri yox, nizami və yüksək silahla təmin edilmiş Azərbaycan Ordusu var. Xalqımız arasında ruh yüksəkliyi var. Ermənistan ordusunda isə əksinə bir vəziyyət yaşanır. Erməni gəncləri orduda xidmət etmək istəmirlər və fərarilik get-gedə artmaqdadır, həmçinin xaos ordunu iflac hala gətirib. Əsgər anaları İrəvanın mərkəzində etiraz aksiyaları keçirirlər. Uşaqlarının boş və mənasız yerə ölmələrini istəmirlər”.

Adil Əliyev daha sonra xatırladıb ki, Avroatlantik məkana inteqrasiya Azərbaycanın dövlətinin əsas prioritet xətlərindəndir: “Azərbaycan 1994-cü ildən “Sülh Naminə Tərəfdaşlıq proqram”ı çərçivəsində NATO ilə əməkdaşlıq edir. 2005-ci ilin avqustunda “Fərdi Tərəfdaşlıq Fəaliyyət Planı” imzalanıb və hazırda həyata keçirilir. Ondan öncə Azərbaycan 2002-ci ildən NATO PA-nın assosativ üzvüdür. Bu gün ordumuzun NATO standardlarıa uyğunlaşdırılması yüksək səviyyədə aparılır. Ölkə rəhbərliyi tərəfindən bu bəyan edilib. Hərbçilərimiz NATO kurslarına göndərilir və hərbi yenilikləri mənimsəyirlər.

Hərbçilərin qarşılıqlı səfərləri olur. Onu da qeyd etmək lazımdır ki, NATO-nun birləşmiş qüvvələr komandanlığından və ana qərargahında (Brüssel) Azərbaycan zabitləri yüksək səviyyədə öz bilik və bacarıqlarını göstərirlər”.

Deputat əlavə edib ki, bu müddətdə Azərbaycan parlamenti də hərbi sahədə qanunvericilik bazası yaradıb: “Ordumuzla bağlı ən yüksək tələblərə cavab verən qanunlar qəbul edilib. “Hərbi vəziyyət haqqında", Sülhməramlı əməliyyatlarda iştirak haqqında", "Hərbi tribunallar haqqında", "Hərbi qulluqçuların pensiya təminatı haqqında", "Hərbi xidmət keçmə haqqında" və bir sıra digər qanunlar ordumuzun güclənməsinə təsir göstərən qanunlardır. Qəbul edilən və yenilənən qanunlar ordumuzun inkişafına və rifahına xidmət edir. Hərbi qulluqçuların sosial problemlərinin həlli daima öz həllini tapır. Dövlətimiz hər zaman hərbi qulluqçuların statusunun diqqət mərkəzində saxlayır”.

Cavidan


Müəllif:

Oxşar xəbərlər