29 İyun 2015 12:40
778
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) Gənclər Təşkilatının XI konfransı keçirilib.

Teleqraf.com xəbər verir ki, konfransda təşkilatın şöbələrindən seçilmiş 126 nümayəndədən 104 nəfər, N!DA Vətəndaş Hərəkatı, Azad Gənclik Təşkilatı, Müsavat və Ümid partiyalarından, 125-lər klubundan qonaqlar iştirak edib. VHP Gənclər Təşkilatının fəallarından olan Elçin Səlcuq konfransı açıq elan etdikdən sonra konfransa hazırlıq üzrə təşkilat komitəsinin sədri Rəhilə Məmmədovanın məlumatı, Gənclər Təşkilatının sədri Tural Hüseynlinin və Nəzarət Təftiş Qrupunun sədri Nəzrin Yusifovanın hesabatları dinləninib. Konfrans iştirakçıları ötən müddət ərzində təşkilatın fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Hesabat çıxışlarından sonra VHP sədri, millət vəkili Sabir Rüstəmxanlı çıxış edib. Konfransı və VHP-çi gəncləri təbrik edən S.Rüstəmxanlı Gənclər Təşkilatının sədrliyinə namizədliyini irəli sürən gənclər haqqında da danışıb: “Namizədlərin doğum tarixləri partiyamızın yarandığı illərə təsadüf edir. Demək, gənclərimiz partiyanın hansı şəraitdə yaranması, həmin dövrdə ölkənin ictimai-siyasi durumu, müstəqillik yolumuz, SSRİ-dən qopması, müharibənin başlanması, müharibədəki itkilərimiz və s. barədə yalnız mətbuatdan və kitablardan bilirlər, əyani məlumatları yoxdur. Bu baxımdan ilk növbədə onları Vətəndaş Həmrəyliyi Partiyasının necə yaranması və keçdiyi yol haqda maarifləndirmək zəruridir. Düzdür, VHP GT-nin tədris mərkəzi var, gənclərimiz beynəlxalq tədbirlərdə, xüsusilə də Cənubi Qafqaz regionu üçün həyata keçirilən layihələrdə yaxından iştirak edirlər. Ancaq bununla belə, hesab edirəm ki, o tarixin canlı şahidləri ilə təmasları daha da artırlamısınız”.

VHP sədrinin geniş çıxışından sonra Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, Müsavat Partiyası Gənclər Təşkilatının nümayəndəsi Əbülfəz Sadıqbəyli, N!DA-dan Məsud Əsgər, Azad Gənclik Təşkilatından Xəyal Kərimli də öz təbriklərini konfrans iştirakçılarına çatdırdılar.

Çıxışlar bitdıkdən sonra konfrans gündəlik üzrə öz işinə davam edib. Bu il sentyabrın 21-də Bakı-Şamaxı yolunda baş verən avtomobil qəzasında dünyasını dəyişən Fuad Abdurahmanlının xatirəsini əbədiləşdirmək üçün konfrans iştirakçıları “Türküstan” qəzeti ilə birgə “Fuad Turan” mükafatının təsis olunmasına qərar verib. Bu məqsədlə 3 nəfərdən ibarət təşkilat komitəsi təsis edilib.

Daha sonra təşkilatın sədrliyinə namizədlər Amal Nəzərli, İnqilab Quliyev, Eldar Hacıyev və Turan Mirzə öz seçki platformalarını elan edib, konfrans iştirakçılarının suallarını cavablandırdılar.

Sonda gizli səsvermə keçirilib və Amal Nəzərli VHP Gənclər Təşkilatının sədri, 11 nəfərdən ibarət Məclis və 3 nəfərlik Nəzarət Təftiş Komisiyyası seçilib.

Nemət


Müəllif:

Oxşar xəbərlər