29 İyun 2015 15:55
847
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycana qarşı qarayaxma, şərləmə kampaniyası hər zaman olub. I Avropa Oyunları öncəsi və bu yarışın keçirildiyi vaxt ölkəmizə qarşı təzyiqlər və qarayaxma kampaniyası daha da artıb”.

Bu fikirləri politoloq Elman Nəsirli deyib.

E.Nəsirli bildirib ki, Azərbaycan dövləti yeni uğurlara imza atdıqca müəyyən qüvvələr isteriya vəziyyətinə düşürlər. Beləcə, onlar Azərbaycana qarşı məntiqsiz, qərəzli fikirlər səsləndirirlər. Onlar bizim uğurlarımızı həzm edə bilmirlər. Bütün bunlara görə, Azərbaycana qarşı təzyiqlərə əl atırlar.

“Oyunlardan öncə Avropa Parlamentində Azərbaycana qarşı keçirilən dinləmələrin şahidi olduq.

Həmçinin, Avropa İttifaqının lokomotivi olan Almaniyanın bu cür addımlar atdığının şahidi olmuşuq. Bundestaqda ölkəmizə qarşı dinləmələr keçirilib. Onların ittihamlarının hamısı absurddur. Bunlar yalan, şər, qarayaxma üzərində qurulmuş fikirlərdir. Azərbaycana qarşı yalançı ittihamlar irəli sürülüb. Qərb dairələri bu üsulla Azərbaycana təzyiq göstərməyə, onu yürütdüyü müstəqil siyasi kursdan döndərməyə çalışır. Amma Azərbaycan xalqı Prezidentin ətrafında monolit bir qüvvə kimi birləşdiyinə görə Qərb dairələri məkrli siyasətini yerinə yetirə bilməyəcək”, – deyə politoloq qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər