26 May 2014 13:44
2 116
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) dünən Ukraynada keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı bəyanat yayıb.

Partiyanın mətbuat xidmətindən Teleqraf.com-a daxil olan bəyanatda deyilir ki, AMİP mayın 25-də baş tutmuş prezident seçkilərini Ukrayna xalqının qələbəsi kimi qiymətləndirir:

“Biz bu münasibətlə Ukrayna xalqını təbrik edirik. Azərbaycan Milli İstiqlal Partiyası bəyan edir ki , bəzi regionlarda süni şəkildə yaradılmış problemlərin, ölkənin bütövlüyünü təhdid edən silahlı separatçı qüvvələrin olmasına baxmayaraq, Ukrayna xalqı öz dövlətlərinə olan sevgilərini ortaya qoyaraq mövqe nümayiş etdirdi. Bununla da Ukraynanın bütövlüyünü təhdid edə qüvvələrə layiqli dərs verdi. Biz ümid edirik ki, yeni seçilmiş prezident ilk növbədə ölkənin ərazi bütövlüyünə olan təhlükələri xalqın iradəsi ilə qısa müddətdə ardan qaldıracaq və dövləti layiq olduğu iqtisadi inkişafa aparacaq”.

Nərgiz


Müəllif: