2 İyul 2015 13:32
1 612
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kuba Respublikasının Bakıdakı səfirliyində Kubanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ömər Mədinə Kintero bir-birinə müttəfiq olan iki solçu partiyanın liderləri ilə yoldaşlıq görüşü keçirib.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Kommunist Partiyası (AKP) və Azərbaycan Mütərəqqi Sosialist Partiyası (AMSP) öz liderləri Gülnisə Məhsimova və Rüstəm Şahsuvarovla təmsil olunub. Görüşdə AKP-dən bir qrup fəal da iştirak edib. R. Şahsuvarov həmçinin özünün rəhbərlik etdiyi Azərbaycanın Sol Sosialistləri müstəqil ekspert qrupunun və Beş Kuba Qəhrəmanının Hüquqları Uğrunda Azərbaycan İctimai Komitəsinin adından çıxış edib.

Görüş iştirakçıları Kuba ilə Azərbaycan arasında əməkdaşlığı müzakirə edib və ikitərəfli əməkdaşlığın uğurla inkişaf etdiyini və hər iki xalqın və onların dövlət rəhbərliyinin bunda maraqlı olduğunu vurğulayıb. Onlar həmçinin Kuba və Azərbaycanın müxtəlif sahələrdə nailiyyətləri haqqında danışıb və Bakıda yenicə sona çatmış Avropa Oyunlarının möhtəşəm uğur olduğunu qeyd edib.

Görüş iştirakçıları həmçinin Kubanın kommunistləri və ictimai təşkilatları ilə Azərbaycanın kommunist və sosialistləri arasında əməkdaşlıq və təcrübə mübadiləsi inkişaf etdirmək niyyətində olduğunu bildirib. Onlar belə bir beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb ə qeyd ediblər ki, həmin əməkdaşlıq Beş Kuba Qəhrəmanının hüquqları uğrunda mübarizədə və onların ABŞ-da həbsdən bir az öncə azadlığa buraxılmasında mühüm rol oynayıb.

Cavidan


Müəllif:

Oxşar xəbərlər