26 May 2014 15:14
978
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Avropa Hərəkatının prezidenti Ramin Hacılı Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşləri üzrə İstintaq İdarəsinə çağırılıb. Teleqraf.com-un məlumatına görə, bu barədə R.Hacılının özü məlumat verib. Ondan şifahi şəkildə sabah saat 10:00-da idarəyə gəlməsi xahiş olunub.

Gənc fəal həbsdə olan jurnalist Rauf Mirqədirovun işi ilə əlaqədar idarəyə çağırılıb. R.Mirqədirovun işilə bağlı bu günə qədər bir neçə jurnalist, QHT nümayəndələri ifadə veriblər.

Aprelin 19-da Rauf Mirqədirov yaşadığı Türkiyə paytaxtı Ankaradan deportasiya edilib. Həmin gün təyyarə ilə Bakıya göndərilən jurnalisti MTN əməkdaşları tutub. O, 2008-ci ilin aprelindən etibarən Ermənistanın xüsusi xidmət orqanlarına işləmək motivi ilə dövlətə xəyanətdə ittiham olunur. Rauf Mirqədirov Sülh və Demokratiya İnstitutunun Ermənistan QHT-ləri ilə birgə çoxsaylı layihələrinin fəal iştirakçısı kimi dəfələrlə Ermənistana səfər edib, xalq diplomatiyası üzrə Azərbaycan-Ermənistan layihələrinə qatılıb.

Ruslan


Müəllif: