3 İyul 2015 17:08
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov iyulun 3-də Vyetnam Kommunist Partiyası Siyasi Bürosunda Ədliyyə İslahatları üzrə Komissiyanın daimi sədr müavini, nazir xanım Le Thi Thu Banın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Oqtay Əsədov qarşılıqlı səfərlərin əlaqələrimizin inkişafında böyük rol oynadığını qeyd edib. Sədr xüsusilə dövlət başçılarının qarşılıqlı səfərlərinin əməkdaşlığın genişlənməsinə mühüm töhfə verdiyini vurğulayıb. Bu səfərin də hüquq mühafizə orqanları arasında əməkdaşlığın inkişafına təkan verəcəyini söyləyib.

Milli Məclisin sədri parlamentlərarası əlaqələrdən də söhbət açıb və bu əməkdaşlığı yüksək qiymətləndirib. O, həmçinin iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini vurğulayıb. Qonağa ölkəmizin təşəbbüsü ilə həyata keçirilən nəhəng layihələr barədə məlumat verilib.

Söhbət zamanı Oqtay Əsədov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən də danışıb. Bildirib ki, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumlar Ermənistan silahlı qüvvələrinin işğal altındakı torpaqlardan geri çəkilmək barədə qərar və qətnamələr qəbul etməsinə baxmayaraq, rəsmi Yerevan bu gün də təcavüzkar siyasətini davam etdirir. Azərbaycan münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində, sülh yolu ilə həllinə tərəfdardır.

Xanım Le Thi Thu Ba Azərbaycana səfərdən məmnunluğunu bildirib. O deyib: “Biz Azərbaycanın məhkəmə-hüquq sahəsində həyata keçirdiyi uğurlu islahatlardan xəbərdarıq. Ölkənizin bu sahədəki təcrübəsi bizim üçün də maraqlıdır”. Qonaq Bakıda keçirdikləri görüşlər zamanı bu istiqamətdə faydalı müzakirələr apardıqlarını və Azərbaycanın təcrübəsi ilə daha yaxından tanış olduqlarını deyib.

Vyetnamın Azərbaycan ilə əlaqələrin möhkəmlənməsində maraqlı olduğunu söyləyən xanım Le Thi Thu Ba Azərbaycanın hələ Sovet İttifaqı dövründə ölkəsinə yardımından, xüsusilə neft-qaz sahəsində kadrların hazırlanmasında köməyindən danışıb və bunu yüksək qiymətləndirib.

Nemət Hüseynli


Müəllif:

Oxşar xəbərlər