6 İyul 2015 15:58
601
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ATƏT-in Parlament Assambleyası Ermənistanın Azərbaycana qarşı işğalçı siyasətinə qarşı obyektiv mövqe bildirməlidir. Biz nümayəndə heyəti olaraq bu məsələni daim təşkilatın gündəliyinə çıxarmağa çalışırıq”.

Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri, Azərbaycanın ATƏT PA-da nümayəndə heyətinin üzvü Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, Azərbaycan tərəfi təşkilatın bütün toplantılarında Qarabağ problemini gündəmə gətirir. Onun sözlərinə görə, Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri hər zaman beynəlxalq birliyin gündəmində olmalıdır.

“Biz ATƏT PA-nın bütün toplantılarında bu məsələni gündəmə gətiririk. Ermənistanın işğalçılıq siyasəti daim beynəlxalq müstəvidə ifşa olunmalıdır. Eyni zamanda, ATƏT PA, eləcə də digər beynəlxalq qurumlar bu məsələyə obyektiv, ədalətli qiymət verməlidirlər. Çünki uzun illərdir ki, bu münaqişə davam etsə də, vasitəçilər, beynəlxalq qurumlar işğalçı Ermənistana qarşı ciddi addımlar atmayıblar. Bu yanaşma, ədalətdən, beynəlxalq hüquqdan tamamilə uzaqdır”, – deyə komitə sədri vurğulayıb.

Səxavət


Müəllif: