9 İyul 2015 13:08
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) inzibati binasında siyasi partiyaların maliyyə hesabatlarının tərtib edilməsi, qəbul olunması, nəzərdən keçirilməsi və ictimailəşdirilməsinə həsr olunmuş seminar keçirilib.

MSK Katibliyinin media və ictimai əlaqələr şöbəsindən Teleqraf.com-un məlumatına görə, MSK-nın maarifləndirmə proqramı çərçivəsində keçirilən tədbirdə Komissiyanın və aidiyyəti dövlət qurumlarının təmsilçilərinin təqdimatında siyasi partiyaların maliyyə hesabatlarına dair tələblər, onların səlahiyyətli orqana göndərilməsi, nəzərdən keçirilməsi və ictimailəşdirilməsi, siyasi partiyaların illik maliyyə hesabatlarının tərtib edilməsində müstəqil auditorun rol, hüquq və vəzifələri, auditor rəyinə və hesabatına dair tələblər, hesabatın əsasını təşkil edən maliyyə sənədləri və onlarla işin xüsusatları, eləcə də maliyyə hesabatlılığına dair qanunvericiliyin tələblərinin pozulmasına görə məsuliyyət mövzularında çıxışlar dinlənilib.

Kütləvi informasiya vasitələri tərəfindən işıqlandırılan seminar, siyasi partiyaların maliyyə hesabatları ilə bağlı müxtəlif mövzularda müzakirələrlə davam edib, həmçinin meydana çıxan suallar cavablandırılıb.

Tədbirdə siyasi partiyalar tərəfindən illik maliyyə hesabatlarının təqdim edilməsi fəaliyyəti ilə bağlı MSK Katibliyinin müvafiq struktur bölmələrinin, həmçinin aidiyyəti dövlət qurumlarının nümayəndələri iştirak edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər