10 İyul 2015 13:22
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyulun 10-da Bakıdakı İsrail səfirliyinin qarşısında aksiya keçirilib.

Məlumatı islamazeri.az yayıb. Bildirilir ki, aksiyanı Azərbaycan İslam Partiyasının fəalları təşkil edib. Polis aksiyanın qarşısını alıb. 10 nəfərdən çox saxlanılanın olduğu deyilir.

Məlumatda deyilir ki, təxminən 10 dəqiqədən çox davam edən aksiyada Azərbaycan İslam Partiyasının (AİP) sədr əvəzi Elçin Manafov, sədrinin müavinləri Akif Heydərli və Vüqar İbayev saxlanılıb. Saxlanılan digər şəxslərin kimlikləri barədə məlumat yoxdur.

Aksiya Beynəlxalq Qüds Günü ilə əlaqədar keçirilib.


Müəllif: