Azərbaycan Prezidenti İlham Əliyev Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorja təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: "Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından təbriklərimi yetirirəm.
İnanıram ki, Azərbaycan-Monqolustan əlaqələrinin genişlənməsi, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı bundan sonra da xalqlarımızın rifahına töhfələr verəcəkdir.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Monqolustan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram".