“Neçə illərdir partiya olaraq bildirirdik ki, özlərini müxalifət lideri adlandıran insanlar nə cəmiyyətdə, nə partiyada ciddi nufuza sahibdilrər”.
Bu sözləri YAP Gənclər Birliyinin sədri Seymur Orucov deyib.
S.Orucov əlavə edib ki, onlar özlərini idarə etməkdə acizdilər, bəzi qüvvələrin əmrlərini yerinə yetirib diktə ilə hərəkət edirlər: “Xaricdən təminat, təlimat, qrant alan gec-tez vətənə xəyanət edəcək. Başda Əli Kərimli olmaqla, bu insanlar həqiqətən də belədir. Onun məqsədi müxalifətçilik etmək deyil, xarici anti-Azərbaycan qüvvələrə xidmət etməkdir. Pis olanı odur ki, onlar neçə-neçə gənci öz əməllərinə alət edib, həmin insanların həyatlarını yalan vədlərlə məhv edirlər. Bəziləri düz yola qayıdır, amma bəziləri ücün saxta liderləri tanımaq çox gec olur. Ən pisi isə odur ki, bu insanlar vətənə, millətə qarşı istifadə olunur. Razi Nurullayev istefa verəndə Əli Kərimli ona qarşı kampaniyaya başladı. İndi isə Əbulfəz Qurbanli istefa verdi. Çünki Əli Kərimli üçün bu ölkədə müqəddəs heç nə yoxdur. Yalnız şəxsi maraqlarını düşünür. Biz arzu edirik ki, onun və onun kimilərin ətrafında olan kiçik kütlə də həqiqəti görsün, haqq yoluna qayıtsın. Qollarını çırmalayıb vətənə-millətə xidmət etsinlər, onun-bunun əlində maşa olmasınlar”.
O qeyd edib ki, YAP, Azərbaycan iqtidarı bir gənci belə itirmək istəmir: “Çünki bizim vətəndaşımızdır. Bilirsinizmi, müxalifət gənclərdən niyə istifadə etməyə çalışır? Çünki 22-23 il bundan qabaq o zamankı gəncləri aldadıblar, o vaxtın gəncləri də indi orta yaşlıdır, bunların nə olduqlarını çox gözəl bilirlər. Ona gorə gəncləri ”əldə etməyə" çalışırlar. Amma xeyri yoxdur, bizim gənclik ağıllı gənclikdir, öz yolunu seçib və iri addımlarla irəliləyir. Əli Kərimli kimilərini bizim xalqın seçki sandığında dəfn etməsinin üstündən illər keçib. Bunların artıq sonudur. Yaxın vaxtlarda AXCP yenə də istefa firtınası ilə qarşılaşacaq.Çünki hamı artıq sədrlərini tanıyır, gözləri açılıb. Elçibəyə xəyanət edən Razi Nurullayevə, Əbülfəz Qurbanlıyamı xəyanət etməyəcək?"
KƏMALƏ