ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsinə dair məsləhətləşmələr üçün Moskvaya səfər edəcəyini bildirib.
"Report"un məlumatına görə, bu məlumatı amerikalı diplomat öz “Twitter” səhifəsi vasitəsi ilə paylaşıb.
O, daha sonra yazıb: "Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair birlikdə çalışırıq".