14 İyul 2015 17:48
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan cəmi 2 il yarım ərzində bu Oyunlara hazırlaşdı. Vacib məqam budur ki, buna hazırlaşarkən hansısa oyunlara istinad etmədi.

Çünki Avropa Oyunları ilk dəfə idi keçirilirdi. Əslində, Azərbaycan Avropa Oyunlarının standartlarını müəyyənləşdirdi. Avropa Oyunlarını izləyən milyonlarla insan tədbirin açılış və bağlanış mərasimlərini görüb təəccüblənməyə bilməzdi”.

Bunu Milli Məclisin deputatı Jalə Əliyeva deyib. J.Əliyeva qeyd edib ki, oyunlar ərəfəsində ölkəmizə qarşı riyakarlıq, qarayaxmalar oldu: “Amma bir vətəndaş kimi düşünürəm ki, bu riyakarlığın arxasında ölkəmizin artan nüfuzuna, bölgənin birincisi olmaq imkanına qısqanclıq dayanır. Avropa Oyunları da isbat etdi ki, Azərbaycan bölgənin lideridir. İnanıram ki, Azərbaycan qarşıdakı illərdə daha böyük nailiyyətlərə imza atacaq və yaxın gələcəkdə fövqəlgücə malik dövlətlərin sırasına çıxacaq”.

Səxavət


Müəllif: