27 May 2014 11:32
1 003
12 Punto 14 Punto 16 Punto 18 Punto

29 may tarixində Astanada Avrasiya Ali İqtisadi Şurasının iclası keçirləcək. Modern.az saytı xəbər verir ki, iclasda Rusiya, Belorus və Qazaxstan prezidentləri Avrasiya İqtisadi İttifaqı haqqında müqaviləni imzalayacaqlar.

Müqavilə 2015-ci il yanvarın 1-dən qüvvəyə minir. Müqaviləyə görə, hər üç dövlət öz üzərinə malların, xidmətlərin, kapitalın və işçi qüvvəsinin sərbəst hərəkətinin təmin olunması ilə bağlı öhdəlik götürür. Həmçinin iqtisadiyatın ən vacib sahələri olan enerji, sənaye, kənd təsərrüfatı, nəqliyyatda razılaşdırlmış siyasət yürüdəcəklərini bəyan edirlər. Bununla da MDB məkanında nəhəng ümumi bazarın formalaşdırılması başa çatacaq.

İclasda danışıqlar zamanı Gömrük İttifaqının və Vahid İqtisadi Məkanın praktik aspektləri müzakirə olunacaq. Eyni zamanda gələcəkdə qurumun tərkibinin genişləndirilməsi məsləsi də fikir mübadiləsi aparılacaq.


Müəllif: