Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında” 2015-ci il martın 11-də Bakı şəhərində imzalanmış Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanunu təsdiqləyib.
Dövlət başçısı, həmçinin 2013-cü il 25 oktyabr tarixində Minsk şəhərində imzalanmış “Dövlətlərarası Valyuta Komitəsinin yaradılması haqqında 1995-ci il 26 may tarixli Sazişin qüvvəsinin dayandırılması barədə Protokol”un təsdiq edilməsi haqqında qanunu təsdiq edib.
Müvafiq olaraq, “Dövlətlərarası Valyuta Komitəsinin yaradılması haqqında Saziş”in təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 1996-cı il 7 fevral tarixli 21-IQ nömrəli Qanunu ləğv edilib.