27 May 2014 12:01
1 200
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda partiya sədri Qusarın Şahdağ massivində villa tikdirir. Bu barədə Teleqraf.com-a etibarlı mənbə məlumat verib. Qeyd olunur ki, Azadlıq Partiyasının sədri Əhməd Oruc bir müddət öncə Şahdağda torpaq alıb və ərazidə villa tikintisinə başlanılıb.

Məsələyə aydınlıq gətimək üçün Ə.Orucun özü ilə əlaqə saxladıq. Partiya sədri məlumatı təsdiqlədi. O, bildirdi ki, torpaq sahəsi Şahdağ turzm komleksinin yaxınlığında yerləşir: "Hazırda buradayam. Gəzirəm, həmçinin işlərlə maraqlanıram. Şahdağ çox gözəl yerdir. Təmiz havası var. Dəniz səviyyəsindən iki min metr hündürlükdəyəm. Qismət olsa, burada özümə villa tikdirəcəm. Hələ ki, bir sıra məsələlər var ki, onların həlli ilə məşğulam".

Ayxan


Müəllif: