16 İyul 2015 15:06
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

“AXCP-də bir neçə qruplaşma var. Ən güclü qruplaşmaya Əli Kərimli dəstək verir”.

Bunu Publika.az-a açıqlamasında AXCP-nin Nərimanov rayon təşkilatının şöbə müdiri vəzifəsindən çıxarılan Ağaşirin Tanrıverdioğlu deyib.

Onun sözlərinə görə, Əli Kərimlinin dəstək verdiyi qruplaşma partiyada at oynadır: “Həsən Kərimov - Gözəl Bayramlı qrupu və Sahib Kərimli - Fuad Qəhrəmanlı qrupu rəqabət aparır. Onlardan kim qalib gələcəksə, Əli Kərimli onların yanında olacaq. Yerdə qalanlar isə bu qrupların təzyiqi altında əzilir. İstefaların əsas səbəbi də budur”.

Keçmiş AXCP üzvü yaxın günlərdə partiyadan kütləvi istefaların olacağını bildirib.

“Önümüzdəki ay kütləvi istefalar olacaq. Çünki indiyə qədər fərqli şəkildə istefalar olurdusa, artıq bu mərhələ geridə qalıb. Hesab edirəm ki, növbəti dalğanın qarşısını Əli Kərimli ala bilməyəcək”, - deyə o vurğulayıb.


Müəllif: