27 May 2014 12:43
1 519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azadlıq Partiyasının sədri Əhməd Oruc Müsavat Partiyasının nəzdində yaradılan "Düşüncə Mərkəzi"ndə təmsil olunmasının səbəblərinə aydınlıq gətirib. Partiya sədri Teleqraf.com-a açıqlamasında bildirib ki, onu "Düşüncə Mərkəzi"nin ötən tədbirinə sabiq millət vəkili Pənah Hüseyn tərəfindən dəvət olunub.

"Müsavat Partiyası müxalifətin geniş birliyi yaradılanda sizə niyə ora dəvət etmir?" sualına cavab olaraq Ə.Oruc qeyd etdi ki, onların şəxsi müstəvidə heç bir partiya ilə problemi yoxdur: "Milli Şurada təmsil olunmaqla bağlı mənə dəvət gəlmişdi. Amma həmin qurumu milli hesab etmədim. Bilirsiniz ki, mən yalnız milli qurumlarda təmsil olunuram. "Düşüncə Mərkəzi"ndə də Qarabağ müzakirə olunurdu. Pənah Hüseyn mənə dəvət göndərdi, mən də qəbul etdim".

Ə.Oruc onu da qeyd etdi ki, bələdiyyə seçkilərilə bağlı müxalifətin daha geniş birliyini təmin etmək üçün təşəbbüslər göstərsə də, partiyalardan müsbət cavab ala bilməyib".

Ayxan


Müəllif: