22 İyul 2015 15:00
1 099
12 Punto 14 Punto 16 Punto 18 Punto

AXP lideri Pənah Hüseyn milli mətbuatımızın 140 illiyi ilə əlaqədar "Yeni Müsavat"ın əməkdar jurnalist adı alan baş redaktoru Rauf Arifoğluya təbrik məktubu ünvanlayıb.

Məktubu qısa ixtisarla təqdim edirik.

"Əziz Rauf bəy. Səni 23 iyul tarixinə təsadüf edən ad günü münasibəti ilə təbrik edirəm. Dostlar bilir ki, mən ad günlərinə nadir hallarda, bəzi yubileylərdə təbrik ünvanlayıram. Və 49 yaş da yubiley deyil. Odur ki, bu təbrikim də sıradan bir ad günü təbriki olmayıb, həm də indi sənin ətrafında yaranmış vəziyyətdə bir münasibət ifadəsidir. Dərindən inanıram və sənin də bu məsələdə həmrəy olduğunu bilirəm ki, siyasi mövqeləri, dəyərləri şəxsi münasibətlərə qurban vermək nə qədər yolverilməzsə, şəxsi insani dəyərləri siyasi münasibətlərə görə müəyyənləşdirmək daha artıq bir naqislikdir. Əlbəttə ki, elə hədlər var ki, mütləq seçim qarşısında durmalı olursan və yalnız təmənna etmək qalır ki, Allah bizə bu seçimi qismət etməsin.

“Əməkdar jurnalist” fəxri adını almağını da siyasi konyukturadan sərf-nəzər etsək, ona tam layiq olduğunu və önəmsədiyini bildiyim üçün şəxsən təbrik etmişəm. Sən mənim bəzi fikirlərimlə, mövqelərimlə, mən də sənin bəzi fikirlərinlə, mövqelərinlə razı deyilik. Qəbul edirəm ki, bir sıra məsələlərdə ola bilər ki, sənin yanıldığın, yanlış olduğun məlum olacaq, bir sıra məsələlərdə isə mənim.

Eyni zamanda, sənə olan hücumlardakı səmimi olanlardan daha çox fürsətçiləri, paxılları, insafsızları da görürəm və bunlara qarşı sənin yanında olduğumu bildirirəm. Sən Azərbaycanın ən istedadlı adamlarından, qüdrətli söz, qələm ustalarından birisən".


Müəllif: