27 May 2014 15:17
1 045
12 Punto 14 Punto 16 Punto 18 Punto

İsmayıl Ağayev: “Erməni soyqırımı” iddiaları bütün Türk dünyasına qarşı yönəlmiş məqsədyönlü təxribatdır”

Beynəlxalq Diaspor Mərkəzi (BDM) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Çexiyanın Brno şəhərində fəaliyyət göstərən Massarik Universiteti və Texnoloji Universitetdə Qarabağla bağlı informasiya guşələrinin yaradılması” layihəsi çəçivəsində Çexiyada və Avstriyada bir sıra görüşlər keçirib. BDM-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nümayəndə heyəti ilk öncə Vyanada fəaliyyət göstərən Türk Federasiyasını ziyarət edib. Görüşdə Azərbaycan və Türk diasporunun birgə fəaliyyəti, möhkəmlənməsi və inkişafı məqsədilə səmərəli müzakirələr aparılıb.

İlk öncə çıxış edən federasiya başqanı Alican bəy xarici ölkələdəki Azərbaycan və Türk icmaları arasında əməkdaşlığın inkişafının vacibliyini vurğulayıb: “Azərbaycan və Türkiyə yalnız mənəvi deyil, həm də siyasi-iqtisadi baxımdan etibarlı müttəfiqdirlər”.

BDM-in sədri İsmayıl Ağayev qeyd edib ki, regionu əhatə edən mühüm layihələrdə bu iki dövlətin birgə iştirak etməsi, eyni zamanda beynəlxalq müstəvidə əlaqələrin daha da genişlənməsinə çalışmalıdır. O bildirib ki, "erməni soyqırımı" iddiaları bütün türk dünyasının ümumi mənafelərinə qarşı yönəlmiş məqsədyönlü təxribatdır: “Bunun üçün birgə fəaliyyət göstərməli, Qarabağ həqiqətləri haqqında və ermənilər tərəfindən türklərə qarşı törədilən soyqırımlar barədə dünya ictimaiyyətində düzgün rəy formalaşdırılması baxımından birgə addımların atılması zəruridir.

Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİM-DER) başqanı Göksəl Gülbəy Türkiyənin keçmiş millət vəkili, kürdlərin Burukanlar aşirətinin başçısı Kinyas Kartalın kitabından nümunələr gətirərək indiki kürdlərin oyuna gəldiklərini, o zamanlar ermənilərə qarşı kürdlərin azərbaycanlılarla çiyin-çiyinə mübarizə apardıqlarını bildirib.

BDM-in sədr müavini Samir Adıgözəlli və BDM-in Avropa təmsilçisi professor Azər Kərimov bildiriblər ki, erməni yalanlarına qarşı türk dünyası birgə mübarizə aparmalı və bu haqlı davadan əsla vaz keçməməlidir.

Görüşdə həmçinin, xarici ölkələrdə yaşayan azərbaycanlıların və türklərin ictimai-siyasi fəallığının artırılması sahəsində mövcud olan problemlər və onların həlli yolları haqqında geniş müzakirələr aparılıb.

BƏXTİYAR


Müəllif: