27 May 2014 16:51
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatları Bəxtiyar Əliyev və Fəzail Ağamalı MDB Parlamentlərarası Assambleyasının Elm və təhsil, həmçinin Dövlət quruculuğu və yerli özünüidarəetmə təcrübəsinin öyrənilməsi üzrə daimi komissiyalarının iclaslarında iştirak etmək üçün bu gün Sankt-Peterburqa gedib.

Teleqraf.com xəbər verir ki, iclaslarda “Transsərhəd təhsil haqqında”, “İnklüziv təhsil haqqında”, “Regional siyasətin əsasları haqqında”, “Yerli hakimiyyət orqanlarının sərhədyanı əməkdaşlıqda iştirak qaydası haqqında” və digər model qanun layihələri müzakirəyə çıxarılacaqdır.

Milli Məclisin deputatları müzakirə olunacaq qanun layihələri barədə çıxış edəcək, qeyd və təkliflərini bildirəcəklər.

Nemət


Müəllif: