27 İyul 2015 15:37
731
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti iclası keçirilib.

Bu barədə məlumat verən partiyanın mətbuat xidmətindən bildirilib ki, iclasda qərarların icra vaziyyəti, ölkədə və dünyada baş verən ictimai-siyasi durum müzakirə olunub.

BAXCP İdarə Heyətində son həftə ərzində Türkiyə-Suriya, Türkiyə-İraq sərhəddində yaranmış gərginlik müzakirə olunub, İŞİD və PKK terrorçularının Türkiyə ərazisində törətdikləri terror aktları pislənilib, bu terror aktlarına qarşı qardaş ölkənin keçirdiyi aksiyalara dəstək ifadə olunub.

BAXCP İdarə Heyətində, eyni zamanda, bu il ölkədə keçiriləcək parlament seçkilərində partiyanın irəli sürəcəyi namizədlər və təşkilatın seçki platformasından da danışılıb.

Cavidan


Müəllif:

Oxşar xəbərlər