27 İyul 2015 19:23
980
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Avropa.info" saytının rəhbəri, keçmiş cəbhəçi Ruslan Bəşirli AXCP sədri Əli Kərimliyə qarşı kəskin sözlər işlədib.

Ruslan Bəşirli öz facebook profilində Əli Kərimliyə son dəfə xəbərdarlıq etdiyini bildirib. Ruslan Bəşirlinin Əli Kərimli haqqında kəskin fikirlər yazmasına səbəb isə çəbhəçilər tərəfindən təhqirə məruz qalmasıdır.

Həmin statusu təqdim edirik:

"Əli Kərimli növbəti dəfə manqurtlarına məni söymək təlimatı verib. Dünəndən facedə məni təhqir edirlər. Mən fikirləşirəm ki, doğrudanmı bu adamların içində bir ağıllısı yoxdur ki, bunlara desin, etməyin, eləməyin. Son xəbərdarlığımdır. Cənab Kərimli itlərini ayağına bağla, bilirəm ki, indi məni təhqir edənlər bunu sənin icazən olmadan etmirlər. Nə mənim başımı ağrıt, nə də öz başını. Tərəfdarlarının bir çoxuna məni partiyana "xəyanət" edən adam kimi tanıtmısan. Mən də sadəcə sizlərdən tamamilə uzaqlaşmaq və köhnəni silmək üçün, bu ittihamlara reaksiya verməmişəm. Sənin oyunlarından xilas olduğum üçün özümü çox yaxşı hiss edirəm. Amma, məsələ söyüş həddinə çatdığı üçün, dəhşətli suallarla üzbəüz qala bilərsən. Lütfən, Məmməd İbrahim, nə bilim Nihad Hüseyn kimi gədələrinə təlimat verməyi dayandır. Bu son xəbərdarlıqdır!"


Müəllif:

Oxşar xəbərlər