27 May 2014 17:13
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

28 may –respublika günü ilə əlaqədar müxalifət düşərgəsi Məhəmməd Əmin Rəsulzadənin Novxanıda olan abidəsini ziyarət etməyi planlaşdırır.

Müsavat Partiyası və Milli Şura Rəsulzadənin doğum günündə olduğu kimi, mayın 28-də də cümhuriyyətin qurucusunun abidəsini ayrı-ayrı ziyarət edəcək.

Müsavat saat 11:00-da, Milli Şura isə 12:00-da Novxanıya gedəcək.

Əldə etdiyimiz məlumata görə, tərəflər birgə ziyarət barədə müzakirə belə etməyiblər.

KXCP sədrinin müavini Xəzər Teyyublu bildirib ki, KXCP Milli Şuranın tərkibində anım tədbirində iştirak etmək üçün nəqliyyat vasitələri təşkil edəcək. Partiya qərargahından avtobus və minik avtomobilləri ilə saat 10:30 da yola düşəcək.

Nərgiz


Müəllif: