30 İyul 2015 10:31
799
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azadlıq-2015” Seçki Blokunun sədrlər şurasının toplantısı keçirilib.

Teleqraf.com xəbər verir ki, toplantıda Qarabağ cəbhəsində gərginlik müzakirə olunub və hökumətdən düşmənə qarşı qəti cavablar verilməsi istənilib. Seçkiöncəsi vəziyyət barədə sənədin müzakirəsi davam etdirilib. Blokun Mərkəzi Seçki Qərargahına tapşırılıb ki, dairələr üzrə namizədlər siyahısının hazırlanmasını başa çatdırsın.

Blok həmçinin hökumətə təklif edib ki, universitetlərin ödənişli bölmələrə daxil olanlara faizsiz təhsil ipoteka kreditləri ayrılmasını həyata keçirsin. Blok Türkiyədə terror olaylarından narahatlıq bildirilib və Türkiyənin apardığı antiterror əməliyyatlarına dəstək bəyanatı qəbul edilib. Sonda ictimai siyasi vəziyyətə dair digər məsələlər müzakirə edilib.

Nemət


Müəllif:

Oxşar xəbərlər