Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ilə Gürcüstanda fəaliyyət göstərən siyasi qüvvələr arasında əməkdaşlıq baş tutmur.
Buna səbəb gürcü siyasi qüvvələrinin ADP-yə verdiyi təklif və uzun müddətdən sonra bu təkliflə bağlı konkret addımların atılmamasıdır. Belə ki, gürcü tərəf ADP-yə təklif edib ki, Azərbaycan, Ermənistan və Gürcüstandan olan siyasi qüvvələrin iştirakı ilə "Qafqaz Evi" yaradılsın. Burada hər ölkədən bir siyasi qüvvə təmsil olunsun. ADP sədri buna razılıq verib, qeyd edib ki, yalnız Qarabağ məsələsində israr etməyən, millətçi şüarlarla çıxış etməyən erməni partiyası ilə müzakirə aparmaq olar.
Ancaq bu təşəbbüsün üzərindən aylar keçsə də, heç bir fəaliyyət yoxdur. Odur ki, Sərdar Cəlaloğlu daha bu haqda danışmaq niyyətində və marağında deyil.
Cavidan