28 May 2014 10:19
1 198
12 Punto 14 Punto 16 Punto 18 Punto

ATƏT-in Minsk Qrupunu amerikalı həmsədri Ceyms Uorlik ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalter ilə görüşüb.

Teleqraf.com-un məlumatına görə, C.Uorlik görüşdən sonra twitter səhifəsində yazıb: "Biz ATƏT-in fəaliyyətdə olan sədri Didye Burkhalterə Azərbaycan, Gürcüstan və Ermənistana qarşıdakı səfərində uğurlar arzulayırıq".

Qeyd edək ki, ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrənin xarici işlər naziri Didye Burkhalter iyun ayının 2-də Azərbaycana səfər edəcək. Səfər zamanı D.Burkhalter Azərbaycan rəhbərliyi, xarici işlər naziri, baş nazir və digər rəsmi şəxslərlə görüşəcək.

Görüşlər zamanı əsasən Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi, Azərbaycan və İsveçrə arasında ikitərəfli münasiblərin inkişaf perspektivləri, regionda baş verən hadisələr müzakirə olunacaq.


Müəllif: