“Bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan münaqişəsi də ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”.
Bu fikirləri Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev deyib.
R.Rzayev bildirib ki, intentsiv danışıqlar aparılması tərəflər üçün çox vacibdir. “Hesab edirəm ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı prezidentlər, həmsədrlər, xarici işləri nazirləri səviyyəsində gedən görüşlər mütəmadi olaraq davam etdirilməlidir. Çünki danışıqlar prosesi uğurlu variantdır. Heç kim yenidən qan tökülməsini istəmir. Amma Ermənistan işğal siyasətinə son qoymasa, Azərbaycan başqa variantlara əl atmağa məcbur ola bilər”, – deyə R.Rzayev vurğulayıb.
Səxavət