11 saylı Qaradağ Seçki Dairəsindən dördüncü çağırış Milli Məclisə deputat seçilən Ağalar Vəliyevin 2010-2015-ci illər ərzində fəaliyyəti barədə hesabat açıqlayıb. Sənəddə qeyd edilir ki, daim öz fəaliyyətində ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi prinsipləri və Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələri rəhbər tutan Ağalar Vəliyev tərəfindən ölkədə həyata keçirilən uğurlu dövlət siyasətinin dəstəklənməsi və onun hüquqi bazasının möhkəmləndirilməsi istiqamətlərində xeyli işlər görülüb.
Qeyd edilib ki, 11 saylı dairəyə daxil olan 8 qəsəbənin sosial-iqtisadi problemlərinin həllinə köməklik edilməsi millət vəkilinin fəaliyyətinin prioritet istiqamətlərini təşkil edib: “Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü olaraq bir sıra qanunların, o cümlədən 2011-2015-ci illərin “Azərbaycan Respublikasının dövlət büdcəsi haqqında”, “Şəhərsalma və Tikinti Məcəlləsi haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Qiymətləndirmə fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Patent haqqında” və digər önəmli iqtisadi qanunların hazırlanmasında fəal iştirak edib, qanunların qəbulunda nəzərə alınan təkliflər verib”.
A.Vəliyev ATƏT-in Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü kimi Avropanın müxtəlif ölkələrində keçirilən qış və yaz sessiyalarının, o cümlədən cari ilin iyul ayında Helsinki şəhərində ATƏT-in 40 illik yubileyi münasibətilə təşkil olunan 24-cü illik sessiyasının iştirakçısı olub və müzakirə olunan məsələlərə dair ölkəmizin mənafeyinə uyğun prinsipial mövqeyimi nümayış etdirib. Həmçinin Azərbaycan –Sloveniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın möhkəmləndirilməsi üçün zəruri işlər aparılıb: “ Ölkə rəhbərlərinin qarşılıqlı əməkdaşlığının, eləcə də parlamentlərin və dostluq qruplarının birgə səmərəli fəaliyyətinin nəticəsidir ki, 2014-cü il tarixində Sloveniya Parlamentinin Milli Şurasında Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyni dəstəkləyən qərar qəbul olunub”.
11 saylı Qaradağ Seçki Dairəsindən Milli Məclisin deputatı olaraq Qaradağ rayonunun qəsəbələrinin seçiçiləri ilə keçirilən müntəzəm görüşlərdə, aparılan mütəmadi qəbullarda, vətəndaşların fərdi və kollektiv müraciətlərində qaldırılan problemlərin həllinə köməklik göstərilməsi, məhəllədaxili yolların asfaltlanması, əhalinin enerji daşıyıcıları və komunal xidmətlərlə təminatının yaxşılaşdırılması məqsədi ilə deputat tərəfindən son beş il ərzində xeyli işlər görülüb. Belə ki, Sahil, Qobustan, Ələt, Müşfiqabad, Qızıldaş, Səngəçal, Ümid və Çeyildağ qəsəbələrinin müxtəlif küçələrinə ümumilikdə 61 000 kv metr sahəyə yeni asfalt örtüyü döşənib. Sakinlərin elektrik enerjisi ilə təhçizatının normallaşdırılması üçün Ələt qəsəbəsində 2 ədəd 400 kva-lıq, Qızıldaş qəsəbəsində 2 ədəd 630 kva-lıq, Səngəçal qəsəbəsində 1 ədəd 400 kva-lıq və 1 ədəd 600 kva-lıq müasir elektrik transformatoru quraşdırılıb. Ümid qəsəbəsində sel və lay sularının qarşısının alınmasını və ötürülməsini təmin edən müasir tipli qurğular tikilib.
Qaradağ rayonunun qəsəbələrinin ayrı-ayrı ünvanlarında su və kanalizasiya xətlərinin əsaslı təmirinə zəruri köməklik göstərilib, Ələt qəsəbəsində 2200 p/metr uzunluğunda, Qobustan qəsəbəsində 1100 p/metr uzunluğunda müxtəlif ölçülü yeni su boruları çəkilib. Sahil, Səngəçal və Müşfiqabad qəsəbələrində çoxmərtəbəli yaşayış binalarında istismara yararsız vəziyyətdə olan 172 ədəd liftin əsaslı təmirinə köməklik göstərilməsi üçün A.Vəliyev tərəfindən respublikanın aidiyyatı qurumları qarşısında məsələ qaldırılıb və hazırda həmin liftlərin yeniləri ilə əvəz olunması davam etməkdədir.
Cavidan