6 Avqust 2015 17:00
1 020
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Demokrat Partiyası (ADP) ilə Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) arasında qarşıdan gələn parlament seçkilərində birgə iştiraka dair danışıqlar aparılır.

Teleqraf.com bildirib ki, bu haqda adının çəkilməsini istəməyən ADP üzvü deyib. O, bildirib ki, danışıqlar bir neçə müddət bundan əvvəl başlayıb. Əvvəl danışıqlar prosesində ADP-nin “Qarabağ” Blokunda olan müttəfiqi də iştirak edirmiş.

Qeyd edək ki, ötən həftənin sonlarında AMİP sədri Yusif Bağırzadə də mətbuata müsahibəsi zamanı demişdi ki, onlar bəzi partiyalarla danışıqlar aparır və konkret danışıqlar başa çatmadığı üçün ad çəkməyi doğru hesab etmirlər. Görünən budur ki, tərəflər danışıqların məxfi şəkildə aparılmasını, bu haqda mətbuata informasiya sızdırılmamasını istəyirlər.

Cavidan


Müəllif:

Oxşar xəbərlər