29 May 2014 10:48
850
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikası adından Qoşulmama Hərəkatının nazirlər konfransının sessiyasına sədrlik edib.

Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, bu, konfransa ev sahibliyi və sədrlik edən Əlcəzairin müraciəti əsasında baş tutub.

E.Məmmədyarovun sədrlik etdiyi sessiyada Seneqal, Fələstin, Niger, İspaniya və digər dövlətlərin nümayəndələri çıxış ediblər. Sessiya zamanı Qoşulmama Hərəkatının gündəliyində duran aktual məsələlər ətrafında müzakirələr aparılıb.

Qeyd edək ki, Qoşulmama Hərəkatının nazirlər konfransı mayın 28-29-da Əlcəzairdə keçirilib.

Səxavət


Müəllif: