13 Avqust 2015 15:25
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elman Nəsirli: “Azərbaycan erməni terrorizminin timsalında beynəlxalq terrorizmin nə olduğunu çox yaxşı bilir”

“Türkiyədə hazırda eyni vaxtda iki cəbhədə – bir tərəfdən İraqın şimalında PKK terror təşkilatı, digər tərəfdən isə Suriyanın şimalında İŞİD terror təşkilatı ilə mübarizə aparır. Bu məsələ ilə bağlı NATO-nun Brüsseldə keçirilən toplantısında Türkiyəyə lazımi dəstək verilmədi”. Bu fikirləri politoloq Elman Nəsirli deyib.

E.Nəsirli bildirib ki, NATO-nun toplantısında Türkiyəyə sözdə dəstək verilib. Onun sözlərinə görə, Türkiyənin Suriya ilə sərhədində təhlükəsizlik zolağının yaradılması təklifi qəbul edilməyib.

“Bunu da onunla əsaslandırdılar ki, NATO çərçivəsində Türkiyə kifayət qədər güclü dövlətdir və ona siyasi dəstək verilir. Bütün bunlar bir daha onu deməyə əsas verir ki, bu gün bir çox hallarda NATO ölkələrinin öz daxillərində belə öz nizamnamələrinin 4-cü və 5-ci maddələrinin münasibətində ikili standartlar var. Türkiyə bizim üçün strateji tərəfdaşdır, qonşu dövlətdir. Bu dövlətdə baş verən hadisələri biz narahatlıqla qarşılayırıq. Azərbaycan öz imkanları və potensialı daxilində hər zaman Türkiyənin yanındadır. Bizim üçün bu məsələ olduqca aydın məsələdir. Çünki Azərbaycan Ermənistanın dövlət terrorizminin timsalında beynəlxalq terrorizmin nə olduğunu çox yaxşı dərk edir. Ona görə biz də beynəlxalq terrorizmlə mübarizədə fəal iştirak etmişik və bu gün də Türkiyə məsələsinə görə çox üzülürük. Hesab edirəm ki, əslində orada baş verən hadisələr nəinki bu region üçün, hətta bütün dünya üçün ciddi fəsadlara gətirib çıxara bilər. Yaxşı və pis terrorçu bölgüsü aparmadan, hər zaman və hər yerdə prinsipi ilə beynəlxalq terrorizmlə mübarizə aparmaq lazımdır”, – deyə politoloq qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər