14 Avqust 2015 12:21
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Yeni Azərbaycan Partiyasının qarşıdan gələn parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur”.

Teleqraf.com Yeni Azərbaycan Partiyasının rəsmi saytına istinadən xəbər verir ki, bunu YAP sədrinin müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov partiya Mərkəzi Seçki Qərargahının Bakı şəhər rayonları, Sumqayıt şəhər və Abşeron rayon şöbələrinin üzvləri görüşündə deyib.

Ə.Əhmədov bildirib ki, ölkəmizdə mövcud olan siyasi ab-hava, Prezident İlham Əliyevin siyasətinin uğurları, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının yüksəlməsi, bölgələrin sosial-iqtisadi inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması, sabitlik, əminamanlıq partiyamızın qələbəsini şərtləndirən əsas amillərdir:

“Əlbəttə ki, ötən seçkilərdən keçən müddətlə indiki vəziyyəti müqayisə etsək, Azərbaycanda əzəmətli, möhtəşəm inkişaf baş verib, insanların həyatı müsbət mənada əhəmiyyətli dərəcədə dəyişib, bütövlükdə ölkəmiz yeniləşib, müasirləşib. Təbii ki, bu müsbət dəyişikliklər qarşıdan gələn parlament seçklərində YAP-ın parlaq qələbə qazanmasında mühüm rol oynayacaq”.

Ə.Əhmədov bildirib ki, bu gün müasirləşmə siyasətinin həyata keçirildiyi Azərbaycanda sabitlik, əmin-amanlıq ən vacib amillərdən biridir.

Onun sözlərinə görə, hər bir vətəndaşımızın rahat yaşaması üçün təmin olunan rifah bugünkü Azərbaycan reallığının ən mühüm nemətlərindən biridir. İnsanlar inanırlar ki, qarşıdakı illərdə də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da inkişaf edəcəkdir.


Müəllif:

Oxşar xəbərlər