AXCP sədri Əli Kərimlinin Fransada yaşayan əmisi oğlu İnqilab Kərimov Facebook statusunda radikal dini qruplaşma olan İŞİD terror təşkilatının fəaliyyətinə haqq qazandırıb.
Teleqraf.com statusu olduğu kimi təqdim edir.
“İŞİD heç də hər adamın başını kəsmir...İŞİD məhkəmə zalını dolduranların başını kəsir...İŞİD adını dindar qoyub, cindarlıqla məşğul olanların başını kəsir.... İŞİD adını müxalifət qoyub, nazirliklərə dal qapıdan girib-çıxanların başını kəsir...Və düşünürəm ki, düz də edir...Azərbaycana XOŞ gəlirsən, İŞİD...”
İ.Kərimovun bu statusu sosial şəbəkədə ciddi etirazla qarşılanıb. Qeyd olunur ki, insanın narazı olması, müxalifətçilik etməsi onun bu cür təhlükəli çağırışlar etməsinə əsas verə bilməz.
Amma Facebook-da bir sıra AXCP üzvləri bu statusu “Like” edib, bəziləri isə İnqilab Kərimovun fikirlərini dəstəkləyən mesajlar yazıblar.
Ayxan