"Boykot çağırışı əvvəllər də olub. Siyasi partiyalar, bloklar seçkilərdə iştirakdan imtina ediblər. Amma Azərbaycanda seçkiləri boykot etməyin mexanizmi yoxdur. Bloklardan biri seçkilərə getmir, digərləri gedir. Bu halda boykot heç bir nəticə verə bilməz".
Bunu Teleqraf.com-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstməxanlı bəzi siyasi dairələrin qarşıdan gələn parlament seçkilərinin boykot edilməsinə dair çağırışlarına münasibət bildirərkən qeyd edib.
S.Rüstəmxanlı VHP-nin seçkilərdə iştirak edəcəyini bildirdi: "Bununla bağlı qərarımız var. Amma kimin hansı dairədən namizəd olacağı bəlli deyil. Bununla bağlı qərar yoxdur".
VHP sədri qeyd etdi ki, partiyanı parlamentdə üç deputat təmsil edir: "Rəfael Hüseynov, Fəzail İbrahimli və mən VHP-nin parlamentdəki deputatlarıyıq. Rəfael Hüseynov və Fəzail İbrahimlinin partiyadakı fəaliyyətlərindən razıyam. Razı olmasaydım, onlarla əməkdaşlıq etməzdik".
Ayxan