Müsavat Partiyası başqanının müavini Elman Fəttah Ədliyyə Nazirliyinə çağırılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı sosial şəbəkədəki səhifəsində yazıb.
Arif Hacılı qeyd edib: "Ədliyyə Nazirliyi Demokratiya və Rifah Hərəkatının müraciəti əsasında Müsavat Partiyasının VIII -ci qurultayının nəticələrinin ləğv olunması ilə əlaqədar şikayətini araşdırır".
A.Hacılı bu yoxlamaya öz etirazını bildirib.