19 Avqust 2015 19:55
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

YAP Gənclər Birliyinin Türkiyəyə ezam olunmuş nümayəndələri səfərin ikinci günündə Türkiyənin Həmkarlar ittifaqının baş katibi Osman Yıldızla görüşüblər. Görüşdə qarşılıqlı əməkdaşlıq, gənclərin prespektivləri haqqında müzakirələr aparılıb, təkliflər verilib.

Sonra YAP Gənclər Birliyinin nümayəndələri AKP-nin Ankarada yerləşən əsas binasında olub, qurumun iş sistemi ilə yaxından tanış olublar. Eyni zamanda, AKP-də Qadın Qollarının sədr müavinləri və bir sıra TBMM-in millət vəkilləri ilə görüşüblər.

Günün ikinci yarısı isə nümayəndə heyəti Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun qonağı olublar. Türkiyənin və Azərbaycanın qardaş dövlət olmasını vurğulayan nazir münasibətlərin daha da yaxşılaşdırılması və gənclər arasında səmimi münasibətlərin qurulması istiqamətində aparılan işlər haqqında danışıb.

M.Çavuşoğlu öz Twitter səhifəsində həmin görüşdən “Bir Millət, İki Dövlət” başlığı ilə şəkil paylaşıb.
Günün sonunda AKP-nin Gənclər Qollarının sədri, TBMM-nin millət məkili Abdurrahim Boynukanlı YAP Gənclər Birliyinin nümayəndə heyətinə rəsmi ziyafət verib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər