"Yenidən mətbuatda ordumuzla bağlı xoşagəlməz məlumatlar dərc edilir. Açıq mətbuatda idarələrin tam adları, rəhbərlərinin hərbi rütbəsi və tam ad və soyadları göstərilməklə siyahı dərc edildi. Bu siyahıda bircə həmin şəxslərin ev ünvanları və mobil telfon nömrələri çatışımırdı".
Teleqraf.com xəbər verir ki, bu sözləri Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadə deyib. Onun sözlərinə görə, bu günlərdə Azərbaycan Müdafiə Nazirliyində bəzi idarə rəislərinin işdən çıxarılması haqqında xəbərlər yayıldı.
“Açıq mətbuatda idarələrin tam adları, rəhbərlərinin hərbi rütbəsi və tam ad və soyadları göstərilməklə siyahı dərc edildi. Bu siyahıda bircə həmin şəxslərin ev ünvanları və mobil telfon nömrələri çatışımırdı. Baxmayaraq ki, mən paralamentə təhlükəsizlik və müdafiə komitəsinin sədr müaviniyəm həmin idarələrin tam adlarını, mövcudluğnu və rəhbərlərinin tam adlarını birinci dəfədir ancaq bu xəbərlərdn oxudum. Hesab edirəm ki, hərbi ilə bağlı belə tam və müfəssəl məlumatların yayılması hərbi sirrrin yayılmasıdır və birbaşa düşmənin maraqlarına xidmət edir. Ermənistan müəyən dövlət orqanlarının Azərbaycanın bəzi saytlarının məlumatlarına gündəlik izləməsi kifayətdir ki, istədikləri məlumatları əldə etsinlər. Bu məsələdə məsuliyyət məsləsinin güclənməsinin tərəfdarıyam. Azərbaycan qonşu Ermənistanla müharibə vəziyyətindədir və o bizə ziyan vurmaq və problemləri çoxaltmaq üçün bütün imkanlardan istifadə edir. Bu vəziyyətdə hərbi nazirliyimizlə bağlı spesifik məlumatların və təsdiqlənməmiş informasiyanın yayılması çox təhlükəlidir”.
Deputatın fikrincə, ona görə belə həssas məslədə mətbuat da ehtiyatı olmalı, hətta hansısa bir hərbi xarakterli məlumata malik olsa da onun yaylmasının ölkəmizə hansı zərər vuacağının məsuliyyəyini düşünməlidirlər: “Ötən il bununla bağlı ölkə mətbuatında xeyli müzakirələr getdi və milli mətbuatımız hərbi məsələdə ümumi bir mövqedən çıxış etməyə başaldı. Ancaq görünür son günlər hansı KİV-lər sensasiya və ucuz şöhrət naminə yenədən hərbi xarakterli məlumatlar yaymağa başalyıblar”.
Ayxan