"Qarabağ" siyasi blokunda təmsil olunan partiyalar seçkilərə ayrı-ayrılıqda gecədəklər. Səbəb kimi, blokda təmsil olunan Ümid Partiyasının seçkilərə “125-lər” klubu ilə getməsidir. Blokun digər təmsilçisi ADP də seçkiyə təkbaşına getmək barədə qərar qəbul edib.
ADP sədri Sərdar Cəlaloğlu Teleqraf.com-a açıqlamasında bildirib ki, ilk gündən seçkilərə "Qarabağ" bloku ilə getmək niyyətində olublar: "Amma indi görürəm ki, Ümid Partiyası “125-lər” klubu ilə seçkilərə qatılmaq niyyətindədir. Klubun ictimaiyyətə açıqlanan siyahısında ADP rəhbərliyindən heç kəsin adı yoxdir. Hətta bizim namizəd olmaq istədiyimiz dairələrdən onlar namizədliklərini irəli sürüblər. Belə olan halda əməkdaşlıqda söhbət gedə bilməz. Bu mənada Qarabağ Blokunun ömrünü bitmiş hesab etmək olar".
Qeyd edək ki, ADP və Ümid Partiyasının sədrləri 2011-ci ilin fevralında "Qarabağ" siyasi blokunun yaradılması haqqında" Sazişi imzalayıblar.
Sazişə əsasən, partiyalar 2013-cü il prezident, 2014-cü il bələdiyyə və 2015-ci il parlament seçkilərində birgə və vahid namizəd(lər)lə iştirak etmək öhdəliyi götürmüşdülər.
Ayxan