Hikmət Hacıyev: “İki azərbaycanlının qətli ilə bağlı istintaq Ukraynadakı səfirliyimizin diqqətindədir”
Xarici İşlər Nazirliyi Ukraynada öldürülmüş iki azərbaycanlı ilə bağlı məsələyə münasibət bildirib.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, iyunun 25-də Xerson vilayəti, Uryupinsk rayonu, Podlenivka kəndi ərazisində qətlə yetirilmiş 4 sentyabr 1976-cı il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Nuruşov Vüqar Qiyas oğlu və 17 avqust 2015-ci il tarixində Xerson şəhərində öldürülmüş 1956-cı ildə Culfa rayonunda anadan olmuş Ukrayna vətəndaşı, Azərbaycanın Culfa rayonunda anadan olmuş Tağıyev İlham Tağı oğlunun qətli ilə əlaqədar Ukraynanın hüquq-mühafizə orqanları tərəfindən açılmış cinayət işləri Azərbaycan Respublikasının Ukraynadakı səfirliyi tərəfindən izlənilir. “Qeyd olunan cinayət işləri ilə əlaqədar səfirlik tərəfindən Ukrayna Xarici İşlər Nazirliyinə və Baş Prokurorluğuna müraciətlər göndərilib”, - deyə H. Hacıyev bildirib.
Səxavət