20 Avqust 2015 21:02
832
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Prezident İlham Əliyevin erməni təbliğatının ifşa edilməsi ilə bağlı Azərbaycan ictimaiyyəti qarşısında qoyduğu vəzifələr mühüm əhəmiyyət kəsb edir”. Bu fikri “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədri Bayram Səfərov deyib.

B.Səfərov bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-2014-cü illər ərzində 6 beynəlxalq təşkilatın – BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, NATO, İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi 100-ə qədər sənəd çox önəmlidir. Onun fikrincə, bunlar danışıqlar prosesində Azərbaycanın istinad etdiyi beynəlxalq hüquqi sənədlərdir.

“Təbii ki, həmin sənədlər də danışıqlar prosesində ölkəmizin mövqeyini gücləndirir. Bütün bunlar Azərbaycanın ədalətli mövqeyinin beynəlxalq səviyyədə müdafiəsi üçün hüquqi əsasdır. Eyni zamanda, Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verib və bu proses genişlənməkdə davam edir. Heç şübhəsiz, bütün bunlar Azərbaycan dövlətinin apardığı səmərəli təbliğat işinin nəticəsidir və Ermənistanın ölkəmizə qarşı təcavüzünün dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyətə malikdir”, – deyə B.Səfərov vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər